Ermənistan və Azərbaycan mümkün qədər qısa zamanda sülh sazişi imzalamalıdır. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
“Brüsseldə keçirilən üçtərəfli görüş zamanı (Azərbaycan prezidenti və Aİ Şurasının prezidenti ilə - İF) mən Ermənistan və Azərbaycan XİN başçılarının sülh sazişinin hazırlanmasına başlamasına razılıq verdim. Lakin sazişin qısa zamanda imzalanması planlarımıza daxildir”, - Paşinyan bu gün parlamentdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, həm sazişin imzalanması, həm də sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiya ilə əlaqədar riskər var.
“Biz delimitasiya üzrə Bakı və İrəvanın rəsmi mövqeyini dəqiqləşdirməliyik, de-yure əhəmiyyət kəsb edən faktlardan istifadə etməliyik, beynəlxalq cəmiyyətdə leqitimlik əldə etməliyik və sərhədərə dair razılıq əldə etməliyik. Aprelin 30-dək komissiyanın tərkibini dəqiqləşdirməliyik”, - Ermənistanın baş naziri qeyd edib. **