“Azərbaycan Hava Yolları" aviaşirkəti 29 may tarixindən etibarən Bakı ilə Berlin arasında uçuşların yerinə yetirilməsini bərpa edir.
Bakı-Berlin-Bakı marşrutu üzrə xüsusi reyslər həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri aviaşirkət tərəfindən həyata keçiriləcək.
Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında, həmçinin, aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.
Sözügedən reyslərə yalnız qeyd olunan daşınma şərtlərinə cavab verən və COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq. **
N.Abbasova