Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Kəlbəcər rayonunda - İstisu müalicəvi mineral su mənbəyinin olduğu rayondaotelin inşası layihəsi hazırlanır.
“Sanatoriya, su mənbələri tamamilə dağıdılıb (erməni işğalı dövründə - İF). Ona görə mən qərara gəldim ki, orada yeni, müasir otel inşa edilsin. İndi təqribən 150-160 yerlik otelin layihəsi hazırlanır.(...) Eyni zamanda, əminəm ki, necə deyərlər, bu tarixi ədaləti bərpa edəcəyik və yenə də beynəlxalq səviyyəli kurort yaranacaq», - Əliyev çərşənbə axşamı bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bildirib.
Həmçinin, prezident qeyd edib ki, Kəlbəcər rayonunda müalicəvi içməli suyun istehsalına başlamaq lazımdır.
Əliyev əlavə edib ki, azad edilmiş ərazilərdə üç məktəbin inşası bu il başa çatmalıdır - Ağdamda 1 nömrəli məktəb, Cəbrayıl şəhərində məktəb və qeyd etdiyim kimi, Şuşa şəhərində məktəb. Hər üç məktəb 960 yerlikdir.
Bundan əlavə, Qarabağda 4 xəstəxana inşa edilir. “Şuşa şəhərində xəstəxana bu il istismara veriləcək, Ağdamda 210, Füzulidə 180 çarpayılıq xəstəxanaların inşasına start verilib. Cəbrayılda isə yaxın gələcəkdə xəstəxananın təməli qoyulacaq”, - Azərbaycan lideri vurğulayıb.
Prezident bildirib ki, Şuşadayeni məscidin inşası yaxın aylarda başlanacaq, artıq yer müəyyən olunub, təməli qoyulub. “Şuşada yeni teleqüllənin təməli qoyuldu və yəqin ki, yaxın gələcəkdə layihə təqdim ediləcək.Yeni beşulduzlu otelin inşası üçün yer seçildi”, - Əliyev deyib. **
X.Nəsirzadə