2022-ci ilin yanvar-mart aylarında əsas kapitala 2 milyard 440,7 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9.5% az vəsait yönəldilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 20,8% azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 10,1% artıb.
İstifadə olunmuş vəsaitin 1 milyard 524,7 milyon manatı və ya 62,5%-i məhsul istehsalı sahələrinə, 743,2 milyon manatı (30,4%-i) xidmət sahələrinə, 172,8 milyon manatı (7,1%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Yanvar-mart aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin 764 milyon manatını (31,3%) xarici, 1 milyard 676,7 milyon manatını və ya 68,7%-ni daxili vəsaitlər təşkil edib.
2021-ci ildə Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitin həcmi 8,2% azalıb.**
B.Rüstəmbəyov