2022-ci ilin mart ayında Azərbaycanda gündəlik neft hasilatı 579,4 min barel (fevralda – 566,3 min barel) təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“2022-ci ilin mart ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 696,4 min barel olub. Bunun 579,4 min barelini xam neft, 117 min barelini isə kondensat təşkil edib”, - nazirlikdən bildirilir.
Martda OPEC+ çərçivəsində Azərbaycanın gündəlik hasilat kvotası 675 min barel olub. Beləliklə, Azərbaycan mart ayında “OPEC+” razılaşması çərçivəsində neft hasilatı üzrə öhdəliyini 116,5% yerinə yetirib.**
N.Abbasova