Taleh Kazımov Azərbaycan Mərkəzi Bankının sədri təyin edilib.
Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Taleh Kazımovun Azərbaycan Mərkəzi Bankının sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
AMB-nin sədri vəzifəsində Kazımov banka 1995-ci ildən etibarən rəhbərlik edən Elman Rüstəmovu əvəz edib.
Dünən Milli Məclis Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi və Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında dövlət başçısının təqdimatını təsdiq edib.
1 iyul 2015-ci il tarixindən Taleh Kazımov “PAŞA Bank” ASC-nin (Azərbaycanda ən iri banklardan biridir) İdarə heyətinin sədri və baş icraçı direktoru vəzifəsini tutub. **
X.Nəsirzadə