2022-ci ilin birinci rübündə OPEC+ razılaşması çərçivəsində Azərbaycanda gündəlik neft hasilatı 575,5 min barel təşkil edib. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin Energetika Nazirliyinin aylıq məlumatları əsasında apardığı hesablamalara görə, 2022-ci ilin yanvar-mart aylarında gündəlik neft (kondensatla birlikdə) hasilatı 693,7 min barel olub. Bunun təxminən 118,1 min barelini kondensat təşkil edib.
2021-ci ildə OPEC+ razılaşması orta hesabla 116,1% yerinə yetirilib.
Energetika Nazirliyinin 2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda aylıq neft hasilatına dair məlumatları (OPEC+ razılaşması nəzərə alınmaqla):
Aylar |
OPEC+ çərçivəsində kvota gündəlik min barel |
Hasilat, gündəlik min barel |
Neft, gündəlik min barel |
OPEC+ razılaşmasının yerinə yetirilməsi, % |
Kondensat, gündəlik min barel |
Yanvar |
661 |
700,5 |
580,9 |
113,8 |
119,6 |
Fevral |
668 |
684,1 |
566,3 |
117,95 |
117,8 |
Mart |
675 |
696,4 |
5792,4 |
116,5 |
117 |
N.Abbasova