Azərbaycanda koronavirus infeksiyasına son sutkada 16 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792,305 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 36 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər (son 6 gün ərzində ölüm faktı qeydə alınmayıb) vəfat edib. Ölənlərin ümumi sayı 9704 nəfərə çatıb.
Virusa yoluxmuş 782,416 min nəfər (sutka ərzində +41) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 185 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4343 (ötən gün 4775 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 755,203 min test aparılıb.**
B.Rüstəmbəyov