2022-ci ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin profisiti operativ məlumatlara əsasən, 1 milyard 380,1 mln. manat və ya hesabat dövründə büdcə gəlirlərinə 19,7% təşkil edib. Bu barədə Maliyyə Nazirliyinin məlumatında qeyd olunur.
Maliyyə Nazirliyinin məlumatına görə, cari ilin yanvar-mart ayları ərzində dövlət büdcəsinin gəlirləri 7 mlrd. 9,6 mln. manat (proqnoz 106,3% icra olunub) təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə büdcə gəlirləri 1 milyard 273,2 milyon manat və ya 22,2% artıb.
Dövlət Vergi Xidmətinin xətti ilə gəlirlər strukturunda daxiliolmalar 2 milyard 802,2 milyon manat (proqnozun 123,8%-i, artım 34,4%) təşkil edib.
Hesabat dövründə Dövlət Gömkür Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 mlrd. 232 mln. manat təşkil edib (proqnozun 123,7%-i, artım 30,6%).
ARDNF-dən dövlət büdcəsinə transfertlər 2 mlrd. 757 mln. manat (proqnoz 86,7% icra olunub) təşkil edib. Hesabat dövründə DVX və DGK xətti ilə daxilolmalarda müşahidə edilən müsbət dinamika ARDNF-yə nəzərdən tutulandan 13,3% az köçürmə həyata keçirməyə imkan verib.
Qalan gəlirlər digər struktur və təşkilatların xətti ilə həyata keçirilib.
2022-ci ilin yanvar-mart ayları ərzində dövlət büdcəsinin xərcləri 5 mlrd. 629,5 mln. manat təşkil edib (artım 1,9%).
Sosial xərclər 2 mlrd. 774 mln. manat (artım 4,6%) və ya hesabat dövrü ərzində bütün xərclərin 49,3%-ni təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə onların həcmi 1,3 f.b. artıb.
Birinci rübdə dövlət büdcəsinin cari xərcləri 4 mlrd. 186,5 mln. manat (artım 4,1%), əsaslı xərcləri – 1 mlrd. 94,2 mln. manat (azalma 1%), dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərcləri 348,.8 mln. manat (azalma 12,3%) təşkil edib.
Birinci rüb ərzində icmal büdcənin gəlirləri 7 mlrd. 960,3 mln. manat (artım 14,2%), xərcləri - 6 mlrd. 309,1 mln. manat (artım 6,5%), profisit - 1 mlrd. 651,2 mln. manat olub (icmal büdcınin gəlirlərinə isbətdə 20,7% - İF).
2022-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 26 mlrd. 816 mln. manat, xərcləri üzrə 29 mlrd. 879 mln. manat təşkil edir. Cari ildə dövlət büdcəsinin kəsiri 3 mlrd. 63 mln. manat və ya ÜDM-in 3,5%-i səviyyəsində proqnozlaşdırılır.**
X.Nəsirzadə