Cümə axşamı Albaniyanın baş naziri Edi Rama Azərbaycana səfər edəcək. Bu barədə Albanian Daily News yazır.
“Baş nazir Edi Rama Almaniyadan sonra Türkiyə və Azərbaycana ikigünük səfər edəcək. Səfər aprelin 14-də başlayır və cümə günü TUBİTAK (Türkiyə - İF) nümayəndələri ilə görüşlərlə sona çatır”, - nəşr qeyd edir.
Məlumata əsasən, səfər zamanı Ukrayna ətrafında hadisələr, o cümlədən, baş verənlərin iqtisadiyyata təsiri müzakirə mövzuları olacağı ehtimal edilir.
Albanian Daily News-un məlumata görə, aprelin 14-də Azərbaycana səfər proqramında Ramanın Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Əli Əsədov və Milli Məclisin spikeri Sahibə Qafarova ilə görüşləri plalaşdırılır. **
R.Kərimov