“Agrarco" MMC yaxın aylarda Zaqatalada yeni fındıq istehsalı zavodu açmağı planlaşdırır. Bu barədə şirkətin baş direktoru Cavid Kazımov bəyan edib.
“20 i ərzində fındıq emalı üzrə zavoda malik olduğumuza baxmayaraq, yaxın aylarda qabaqcıl texnologiyalarla, istehsal gücü ildə 20 ton fındıq və 7 ton təmizlənmiş fındıq təşkil edəcək yeni zvodun açılışı gözləilir. Qeyd etmək istərdim ki, dünyada belə gecə malik olan zavodların sayı azdır”, - Kazımov jurnaistlərə bildirib.
O, həmçinin qeyd edib ki, son mövsümdə Azərbaycanda 67 min ton meşə fındığı toplanıb, bunun 23 min tonu təmizlənmiş fındıq təşkil edir.
O cümlədən, Kazımov qeyd edib ki, hazırda beynəlxalq təşkilatlarla böyük istifadə potesialına malik olan fındıq qabığının istifadə layihəsi üzərində işləyir. O bildirib ki, fındıq qabığını həm emal edərək gübrə kimi istifadə etmək, həm də aktivləşdirilmiş kömürə emal etmək mümkündür. Bu mənada Kazımov deyib ki, müəssisə FAO ilə sıx əməkdaşlıq edir.
Agrarco 2017-ci ilin mart ayında üç kənd təsərrüfatı şirkətinin birləşməsi yolu ilə yaradılıb. Şirkət müxtəlif meyvə bağları və onların emalı üzrə müəssisələrin sahibidir. **
X.Nəsirzadə