15 aprel 2022-ci ildən etibarən Azərbaycan Respublikasına giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilir. Bu barədə “İnterfaks-Azərbaycan”a Nazirlər Kabinetindən məlumat verilib.
Hökumətin qərarına əsasən, həmçinin aprelin 15-dən ölkədaxili uçuşlar zamanı PCR test tələb edilməyəcək.
Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən də COVID-19-a dair PCR test tələb edilməyəcək.
Hazırda Azərbaycanın quru sərhədləri bağlı olaraq qalır. Eyni zamanda, Azərbaycan hökuməti ayrı-ayrı ölkələrlə hava əlaqəsi ilə bağlı məhdudiyyətləri tədricən aradan qaldırır. **
B.Rüstəmbəyov