2022-ci ilin yanvar-mart aylarında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar ötən ilin analoji dövrü iə müqayisədə 34,4% - 2 milyard 802 milyon manata qədər artıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“2022-ci ilin ilk rübündə dövlət büdcəsinə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 34,4% artaraq 2 milyard 802.191,1 min manat təşkil edib və proqnoz 123,8% səviyyəsində icra olunub”, - Cabbarov öz Facebook səhifəzidə yazıb.
O qeyd edib ki, qeyri-neft sektoru üzrə daxilolmalar 48,9% artaraq 2 milyard 249.381,3 min manat olub. Proqnoz 128,6% yerinə yetirilib. **
B.Rüstəmbəyov