2021-ci ildə “Kapital Bank” ASC ştatını artırmağa davam edib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, bankın illik hesabatına əsasən, 2021-ci ilin sonuna “Kapital Bank”da 2020-ci ilin sonuna 3620 nəfərə qarşı 4100 nəfər çalışıb. Beləliklə, 2021-ci ildə “Kapital Bank” ştatını 13,3% artırıb.
Xəbər verildiyi kimi, 2020-ci ildə “Kapital Bank” əməkdaşlarının sayını 11,4% artırıb.
“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və aparıcı bankların üçlüyünə daxildir. Bankın səhmdarları PAŞA Holding (99,88%) və fiziki şəxslərdir (0,12%). **
X.Nəsirzadə