Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “GL International LTD” MMC arasında Risk Xidmət Sazişini təsdiq edib.
2021-ci il dekabrın 14-də SOCAR Upstream (SOCAR-ın törəmə strukturu) ilə “GL İnternational LTD” MMC arasında Risk Xidmət Sazişi bağlanıb.
Milli Məclis prelin 5-də keçirilən plenar iclasda “Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “GL İnternational LTD” MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsini ratifikasiya edib.
SOCAR Upstream şirkətinin məlumatına görə, sazişin həyata keçiriləcəyi aralıq dövrü (ilk 24 ay) və hasilat dövründə (aralıq dövründən sonrakı 25 il) iş proqramları həyata keçiriləcək.
Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blok öncə H.Z.Tağıyev adına neft-qazçıxarma idarəsi tərəfindən işlənilib. Yataqlar 20-ci əsrin 30-cü illərində aşkar edilib. **
N.Abbasova