BOKT "İnternational" QSC 2 milyon manat həcmində istiqrazlar yerləşdirib. Bu barədə “İnterfaks-Azərbaycan”a Bakı Fond Birjasından məlumat verilib.
Hərrac zamanı 7 investor tərəfindən 7 sifariş təqdim edilib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 2 milyon manat təşkil edib”, - BFB-dən qeyd olunur.
İstiqrazların tədavül müddəti 18 aydır, ödəmə tarixi 6 oktyabr 2023-cü ildir.
Emissiya hər birinin nominal dəyəri $1 min olan 2 min ədəd istiqraza bölünüb.
İstiqrazlar üzrə gəlirlilik 14% təşkil edir, kupon faizlərinin ödənişi hər ay həyata keçiriləcək.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
“International” BOKT QSC 2013-cü il mayın 21-dən fəaliyyət göstərir. İdarə Heyətinin sədri Nicat Həsənovdur. BOKT-un nizamnamə kapitalı 3 milyon manat, aktivləri 14 milyon 733,326 min manatdır (2020-ci ilin sonuna).**
X.Nəsirzadə