2022-ci ilin yanvar-mart aylarında dövlət əmlakının özəlləşdirilməsindən və icarəyə verilməsindən dövlət büdcəsinə 15,2 milyon manat ($8,94 milyon) məbləğində vəsait daxil olub. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatında deyilir.
“Bu ilin yanvar-mart ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 8,8 milyon manat təşkil edib. Dövlət əmlakının icarəsindən isə büdcəyə 11,6 milyon manat ödənilib”, - Xidmətdən bildirilir.
2022-ci ilin birinci rübündə dövlət əmlakının özəlləşdirilməsi üzrə 19 hərrac keçirilib. Hərraclarda 10 səhmdar cəmiyyətləri, 6 kiçik dövlət müəssisəsi və 174 nəqliyyat vasitəsi özəlləşdirilib.
Cari ilin 3 ayı ərzində 653 qeyri-yaşayış sahəsi icarəyə verilib Bunun 226-sı qeyri-yaşayış sahəsi, 427-si torpaq sahəsidir. **
X.Nəsirzadə