Сümə axşamı Azərbaycan Respublikasının baş naziri Əli Əsədov və Albaniyanın baş naziri Edi Rama arasında danışıqlar aparılıb.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, Əsədov və Rama iki ölkə arasında siyasi əlaqələrin möhkəmləndirilməsi, əməkdaşlığın iqtisadi, ticari, enerji, sərmayə qoyuluşu, turizm və digər sahələrdə genişləndirilməsi perspektivləri ilə bağlı məsələləri geniş müzakirə ediblər.
“Enerji sahəsində əməkdaşlığın Azərbaycan-Albaniya əlaqələrinin əsas istiqamətlərindən birini təşkil etdiyi bildirilərək, Cənub Qaz Dəhlizi layihəsinin birgə həyata keçirilməsinin önəmi qeyd olundu”, - Nazirlər Kabinetinin məlumatında deyilir. **
R.Əhmədov