2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda 8 milyon 347,8 min ton neft (qaz-kondensatla birlikdə) hasil edilib ki, bu da 2021-ci ilin analoji dövrünün göstəricisindən 5,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bundan əlavə, 8 milyon 323,4 min ton əmtəəlik neft (kondensatla birlikdə) hasil edilib (azalma 5,4%).
Yanvar-martda Azərbaycanda 11 milyard 802,9 milyon kubmetr qaz (artım 13,5%), 9 milyard 84,3 milyon kubmetr əmtəəlik qaz (artım 16,4%) hasil edilib.
2021-ci ildə Azərbaycanda 34 milyon 580,7 min ton neft (qaz-kondensatla birlikdə) (artım 0,1%), 43 milyard 863,5 milyon kubmetr qaz (artım 18,1%) hasil edilib. **
N.Abbasova