Azərbaycan prezidenti İlham Əliyev cümə günü Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, Abu-Dabi Milli Neft Şirkətinin idarəedici direktoru, BƏƏ-nin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi, “Masdar” şirkətinin sədri Sultan Əhməd Əl Caberi qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Görüş zamanı Əliyev bildirdi ki, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu nəzərə alınaraq birgə müəssisələrin yaradılması, investisiya imkanlarının müəyyənləşdirilməsi və digər müxtəlif layihələrdə iştirakın da daxil olduğu gələcək birgə iqtisadi gündəliyin reallaşdırılması mövcud potensialın maksimum dərəcədə təmin edilməsi işinə xidmət edə bilər”, - məlumatda deyilir.
Öz növbəsində, Əl Caber vurğuladı ki, Birləşmiş Ərəb Əmirliklərinin vəliəhdi Məhəmməd bin Zayed Əl Nahyan Azərbaycanla BƏƏ arasında münasibətlərdə əldə edilmiş inkişafı yüksək qiymətləndirir, bu əlaqələrin önəmini xüsusi qeyd edir və tərəfdaşlığımızın daha da gücləndirilməsi əzmindədir. **
E.Şəfiyev