Cümə günü Ermənistan XİN-in mətbuat xidməti nazir Ararat Mirzoyan ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı barədə məlumat yayıb.
“Həmsöhbətlər Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya rəsmi səfərinə hazırlığı müzakirə ediblər. Nazirlər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli razılıqlarının icrasına dair fikir mübadiləsi aparıblar”, - məlumatda deyilir.
Ermənistan XİN-in məlumatına görə, Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası və təhlükəsizliyi üzrə komissiyanın formalaşdırılması mövzusu müzakirə edilib.
“Mirzoyan Rusiyanın, o cümlədəm ATƏT-in Minsk qrupunun həmsədri qismində vasitəçilik səylərinin əhəmiyyətini vurğulayıb”, - məlumatda deyilir. **