RF Xarici İşlər Nazirliyi nazir müavini Andrey Rudenkonun Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə görüşü barədə məlumat verib.
“Görüşdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi məsələləri, ilk növbədə, bu il fevralın 22-də Rusiya və Azərbaycan arasında Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin müddəalarının həyata keçirilməsi kontekstində müzakirə edilib”, - “İnterfaks-Azərbaycan” agentliyi RF XİN-ə istinadən məlumat verir.
Bundan əlavə, “9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların praktiki icrası ilə bağlı regional məsələlərin bir sıra aspektlərinə də toxunulub”. **
R.Əhmədov