2022-ci ilin birinci rübündə Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 16,2% - 912,8 milyon manata qədər ($536,9 milyon) artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 329,1 min ton (artım 33%) avtomobil benzini, 139,7 min ton (artım 35%) təyyarə yanacağı, 34,4 min ton (artım 3,9 dəfə) soba mazutu, 71,9 min ton (artım 60,1%) neft bitumu istehsal edilib.
94,7 min ton birbaşa qovulan benzin (nafta) (azalma 12,3%), 528,8 min ton (azalma 3,9%) dizel yanacağı, 11,4 min ton (azalma 8,8%) sürtkü yağı, 54,4 min ton neft koksu (azalma 16,2%) istehsal edilib.
2022-ci il aprelin 1-nə Bakı Neft Emalı Zavodunun anbarlarında 77,3 min ton avtomobil benzini, 0,7 min ton nafta, 33,6 min ton təyyarə yanacağı, 136,4 min ton dizel yanacağı, 9,6 min ton soba mazutu, 9,5 min ton sürtkü yağı, 19,6 min ton neft bitumu, 21,3 min ton neft koksu var.
Hazırda Azərbaycanda yalnız bir neft emalı zavodu - Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu fəaliyyət göstərir.**
N.Abbasova