2022-ci ilin yanvar-fevral aylarında də Azərbaycan əhalisinin sayı 8 min 98 nəfər və ya 0,07% artaraq 2022-ci il martın 1-nə 10 milyon 164,464 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 52,9%-i şəhər, 47,1%-i isə kənd sakinləridir. Əhalinin 50%-ni kişilər, 50%-ni qadınlar təşkil edir.
Yanvar-fevralda ölkə üzrə 20 min 462 doğulan körpə qeydə alınıb ki, bu da bir il əvvəllə müqayisədə 2,5% azdır və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,6 təşkil edib. Körpələrdən 616-sı əkiz, 33-ü üçəm doğulub. Oğlanlar 53,3%, qızlar 46,7% təşkil edir.
Bu dövrdə, 12 min 557 ölüm halı qeydə alınıb və əhalinin hər 1 min nəfərinə ölənlərin sayı 7,7 təşkil edib. 2021-ci ilin yanvar-fevral aylarında 8,2 olub.
Bu dövrdə ölkədə qeydiyyat şöbələri tərəfindən 9,606 min nikah (artım 1,7 dəfə) və 1,505 min boşanma halı (artım 3,6%) qeydə alınıb. **
X.Nəsirzadə