Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov cümə günü Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı yeni səfiri Məhəmməd Əl Bluşi ilə görüşüb.
XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilir ki, Əl Bluşi etimadnaməsinin surətini Bayramova təqdim edib.
“Tərəflər, ikitərəfli əlaqələrin bir sıra sahələrdə, o cümlədən alternativ enerji, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, turizm, mədən sənayesi, azad iqtisadi zonalar və digər istiqamətlərdə inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparıblar”, - məlumatda qeyd olunur.
Yeni səfir fəaliyyətinin Azərbaycan və BƏƏ arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyinə dair inam ifadə edib. **