Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 15-də cümə günü Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilir.
“Əsədov və Davitaşvili Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə ediblər, birgə həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıblar”, - məlumatda qeyd olunur.
Görüşdə iki ölkə arasında ticarət-iqtisadi, nəqliyyat-tranzit, sərmayə qoyuluşu, energetika və bir çox digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub. **