2022-ci ilin birinci rübündə Azərbaycanda pensiyaların orta aylıq məbləği 9,4% artaraq 1 aprel tarixinə 363 manata çatıb. Bu barədə şənbə günü Əmək və Əhalinin Sosisl Müdafiəsi Nazirliyindən məlumat veilib.
“Bu ilin yanvar-mart aylarında pensiyaların orta aylıq məbləği daha 9,4% artaraq 1 aprel tarixinə 363 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 9,1% artaraq 394 manata çatıb”, - nazirlikdən qeyd edilib.
Həmçinin, bildirilir ki, son üç ildə minimum pensiya 2,2 dəfə artıb. O cümlədən, nazirlikdən əlavə ediblər ki, 2018-ci ildən ötən dövrdə orta aylıq pensiyada 75%, o cümlədən yaşa görə orta aylıq pensiyada 70% artım baş verib. **
R.Kərimov