Azərbaycanın iqisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə Azərbaycan və Gürcüstanda istehsal olunan mallara aksiz vergisinin bərabərləşdirilməsini müzakirə edib. Bu barədə Cabbarov məlumat verib.
“Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə ölkələrimiz arasında ticarət əlaqələrinin genişdirilməsi, investisiya sahəsində əməkdaşlığın inkişafı, GGürcüstan və Azərbaycanda istehsal olunan mallara aksiz vergisinin bərabərləşdirilməsi, həmçinin birgə layihələrin icrası barədə fikir mübadiləsi apardıq”, - Cabbarov şənbə günü Twitter hesabında yazıb. **
R.Kərimov