Azərbaycanın hərbi rabitəçiləri ixtisas hazırlığı üzrə məşğələlər zamanı yaranmış mürəkkəb şəraitdə vahid rabitə sisteminin təşkilini məşq ediblər. Bu barədə Müdafiə Nazirliyi məlumat verib.
“Məşğələlərdə səhra rabitə qovşağı və elementlərinin ərazidə açılması, yaranmış mürəkkəb şəraitdə vahid rabitə sisteminin təşkil edilməsi ilə bağlı tapşırıqların yerinə yetirilməsi praktiki olaraq məşq etdirilib”, - nazirliyin saytında bildirilir.
MN-dən qeyd olunub ki, “abitəçilər idarəetmənin təşkili üçün ərazidə açılmış dayaq və mobil rabitə qovşaqlarından qərargahlararası yüksək keyfiyyətli səs və məlumat mübadiləsini bacarıqla yerinə yetiriblər”.
Nazirlikdən əlavə ediblər ki, Azərbaycan Ordusunun rabitə hissə və bölmələrində ixtisas hazırlığı üzrə məşğələlər 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq keçirilib. **
R.Kərimov