“Şahdəniz” qaz və kondensat yatağı 2006-cı ilin dekabr ayında istismara veriləndən 1 aprel 2022-ci il tarixinədək 163,97 milyard kubmetr qaz və 36,94 milyon ton kondensat hasil edilib. Bu barədə şənbə günü SOCAR-ın birinci vitse-prezidenti Rövşən Nəcəf Twitter hesabında yazıb.
O qeyd edib ki, cari ilin birinci rübündə yataqdan 6,44 milyard kubmetr qaz və 1,15 milyon ton kondensat hasil olunub.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib.
“Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 29,99%), SOCAR (21,02%), “Lukoil” (19,99%), NICO (10%) və TPAO (19%) şirkətləridir. **
R.Kərimov