Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun mühəndis bölmələri səhra təlim mərkəzlərində təbii və süni maneələrdən texnikaların keçidini təmin ediblər. Bu barədə şənbə günü Müdafiə Nazirliyindən məlumat verilir.
“Məşğələlərdə mühəndis yol bölmələri tərəfindən təbii və süni maneələrdən texnikaların keçidi təmin edilib, şəxsi heyət partlayıcı qurğu və vasitələrdən istifadə qaydaları üzrə praktiki məşq etdirilib”, - məlumatda deyilir.
Həmçinin bildirilir ki, praktiki məşğələlər Əlahiddə Ümumqoşun Ordunun mühəndis bölmələrində keçirilir. Mühəndis bölmələri səhra təlim mərkəzlərinə çıxarılıb.
MN-nin məlumatına əsasən, şəxsi heyətin silahlanmaya qəbul edilmiş müasir mühəndis texnikası və avadanlıqlarından effektiv istifadəsi üzrə bacarıqlarının təkmilləşdirildiyi məşğələlər ikinci Qarabağ müharibəsində qazanılmış təcrübəyə əsasən keçirilir.
O cümlədən, məlumat verilib ki, məşğələlər zamanı silahlanmada mövcud olan müasir mina əleyhinə qoruyucu istehkam kostyumları və minaaxtaranlar, ön xəttin qarşısında qurulacaq partlamayan piyada və tank əleyhinə mühəndis maneələrinin nümunələri, döyüş və avtomobil texnikalarının səngərləri və daldalanacaqları nümayiş etdirilib.
“Şəxsi heyətə “Pomnis-2” mina sahalərindən keçidaçma qurğusunun taktiki-texniki xüsusiyyətləri və iş prinsipi, mühəndis-müşahidə postlarından düşmənin mühəndis kəşfiyyatının aparılması qaydalarıçatdırılıb”, - deyə nazirlikdən əlavə ediblər ki, məşğələlər davam edir. **
R.Kərimov