Bazar günü səhər saatlarında Azərbaycanın Yevlax rayonunda3,3 bal gücündə zəlzələ baş verib.
AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib ki, yeraltı təkanlar saat 05:05-də qeydə alınıb.
Zəlzələnin dərinliyi 26 km təşkil edib.
Yeraltı təkanlar yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. **
R.Kərimov