Bazar günü İordaniya-Azərbaycan iqtisadi və investisiya forumu start götürür, forum çərçivəsində tərəflər arasında əməkdaşlığa dair sənəd imzalanacaq. Bu barədə İordaniyanın Petra agentliyi yazır.
“Tərəflər strateji tərəfdaşlığın təşkilinə dair memorandum imzalayacaqlar, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığı və birgə müəssisələrin istifadəyə verilməsini müzakirə edəcəklər”, - nəşr qeyd edir.
İordaniya Biznesmenlər Assosiasiyasının (JBA) bəyanatında deyilir ki, görüş iki ölkənin iqtisadi və investisiya münasibətlərinin möhkəmlənməsinə, işgüzar dairələr arasında təhsil, turizm, kənd təsərrüfatı, qida məhsulları istehsalı və əczaçılıq sənayesi sahələrində əməkdaşlığın genişlənməsinə yönəlib.
Qeyd olunur ki, forum çərçivəsində Azərbaycanın özəl sektorunun nümayəndələri İordaniyanın investisiya potensialı ilə tanış olacaqlar. **
R.Kərimov