Bazar günü İordaniya Sənaye Palatasının sədri Fəthi Cağbir və Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Əmmanda iki ölkənin orta və kiçik biznesi arasında əməkdaşlıq, qarşılıqlı sərmayələrə dair anlaşma memorandumu imzalayıblar. Bu barədə İordaniyanın Petra agentliyi məlumat verir.
Nəşr qeyd edir ki, sənəd Azərbaycan və İordaniya KOB-lar arasında əməkdaşlığın genişlənməsi məqsədilə birgə iqtisadi missiyaların, ticarət yarmarkaları və digər tədbirlərin keçirilməsi ilə iki ölkənin özəl şirkətləri arasında özəl şirkətılər arasında təmasların dərinləşməsinə yönəlib.
Bazar günü Əmmanda İordaniya-Azərbaycan iqtisadi və sərmayə forumu keçirilib. Görüş iki ölkənin iqtisadi və investisiya münasibətlərinin möhkəmlənməsinə, işgüzar dairələr arasında təhsil, turizm, kənd təsərrüfatı, qida məhsulları istehsalı və əczaçılıq sənayesi sahələrində əməkdaşlığın genişlənməsinə yönəlib. Bu barədə İordaniya Biznesmenlər Assosiasiyasının (JBA) bəyanatında deyilir. **
R.Kərimov