Bazar günü UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Komissiyasının (ICOMOS) vitse-prezidenti Zeynəb Gül Ünal Ağdam şəhərinə səfər edib. Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Facebook səhifəsində məlumat verib.
ICOMOS-un vitse-prezidenti 20 noyabr 2020-ci ildə azad edilmiş Ağdamda Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə olub.
Məlumatda deyilir ki, səfər çərçivəsində Ağdam şəhərində yerləşən “İmarət” kompleksi, Şəhidlər xiyabanı, Dram teatrı, Cümə məscidi, Çörək muzeyi, Şahmat evi, Şahbulaq qalası, Qiyaslı kəndində yerləşən məscidə baxış keçirilib. **
R.Kərimov