2022-ci ilin yanvar-mart aylarında Azərbaycana $189 milyon 354,8 min dəyərində (artım 19,8%) 17102 ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
İdxal olunan avtomobillərin sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 10% artıb.
Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $148 milyon 734,32 min dəyərində (artım 12%) 15934 ədəd avtomobil (artım 12%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Həmçinin $1 milyon 976,8 min dəyərində 70 ədəd elektrokar və $26 milyon 950,07 min dəyərində 3140 ədəd hibrid avtomobil gətirilib.
Bundan başqa, ölkəyə yük daşımaları üçün nəzərdə tutulmuş $22 milyon 462,44 min dəyərində (artım 32,7%) 1012 ədəd motorlu nəqliyyat vasitəsi (azalma 19%), o cümlədən $7 milyon 679,86 min dəyərində 66 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (artım 2,1 dəfə) gətirilib.
Hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $10 milyon 478,18 min dəyərində 90 ədəd motorlu nəqliyyat vasitəsi (artım 2,3 dəfə) gətirilib.
2021-ci ildə Azərbaycana $935 milyon 225,33 min dəyərində 91,194 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib.*
B.Rüstəmbəyov