2022-ci ilin yanvar-mart aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $631 milyon 373,09 min təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 7,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 5,79%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
Azərbaycan Rusiyaya $155 milyon 180,95 min dəyərində (artım 14,7%) məhsul ixrac edib. Bütövlükdə, Azərbaycandan ixracın 1,94%-i Rusiyanın payına düşüb.
Yanvar-mart aylarında Rusiyadan Azərbaycana idxalın həcmi $476 milyon 192,14 min (artım 5.8%) təşkil edib. Azərbaycana idxalın ümumi həcmində 16,27% Rusiyadan idxalın payına düşüb.
Beləliklə, bu dövrdə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $321 milyon 11,19 min təşkil edib.
2021-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 milyard 995 milyon 131,31 min təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 12,1% çoxdur.*
B.Rüstəmbəyov