2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 345 milyon 80,9 min sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 36,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 944,2 min nəfər (artım 98,3%), dəniz nəqliyyatı ilə 2,6 min nəfər (azalma 18,7%), hava nəqliyyatı ilə 364,4 min nəfər (artım 3 dəfə) daşınıb.
Yanvar-mart aylarında avtomobil nəqliyyatı vasitələri ilə 298 milyon 134 min sərnişin (artım 18%), avtobuslarla 283 milyon 307,6 min sərnişin (artım 21,1%), taksilərlə 14 milyon 826,4 min sərnişin (azalma 20,4%) daşınıb.
Sərnişindaşıma fəaliyyətini 2021-ci il mayın 31-dən bərpa etmiş Bakı Metropolitenində 2022-ci ilin I rübündə 45 milyon 635,7 min sərnişinə xidmət göstərilib.*
B.Rüstəmbəyov