Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün İrəvanda ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şaferlə görüşdə Azərbaycanla sülh müqaviləsinin imzalanmasına hazırlığı müzakirə edib.
“Tərəflər Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh sazişinə dair danışıqların başlaması ilə bağlı fikir mübadiləsi aparıblar. Mirzoyan bu kontekstdə Minsk qrupu həmsədrlərinin vasitəçilik rolunu vurğulayıb. Görüşdə sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyanın yaradılması ilə bağlı əldə olunmuş razılaşmaların icrasının vacibliyi qeyd edilib”, - deyə Ermənistan XİN-in mətbuat xidmətindən bildiriblər.*