2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda əhaliyə 330 milyon manata yaxın məbləğdə sosial müavinət və təqaüd ödənilib. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
“I rübdə müavinət ödənişləri üçün ötən ilin müvafiq dövrünə nisbətən 34% və ya 50 milyon manat çox olmaqla 197 milyon manat, təqaüd ödənişləri üçün 26% və ya 28 milyon manat çox olmaqla 132 milyon manat sərf edilib”, - deyə məlumatda bildirilir.
2022-ci ilin yanvar-mart aylarında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 800 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib. Onlardan 413 min nəfəri sosial müavinətlə, 365 min nəfəri Prezidentin aylıq təqaüdü ilə təmin olunub.*
X.Nəsirzadə