Aprelin 18-də Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında baş tutmuş telefon danışığı zamanı İrəvan və Bakı arasında sülh müqaviləsinin hazırlanması və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın yaradılması ilə bağlı razılaşmaların yerinə yetirilməsi müzakirə edilib.
“Paşinyan və Mişel aprelin 6-da Brüsseldə Ermənistanın baş naziri, Azərbaycan Prezidenti və Avropa İttifaqı Şurasının Prezidenti arasında keçirilən görüşdə əldə edilmiş razılaşmaların yerinə yetirilməsi prosesi barədə fikir mübadiləsi aparıblar. Tərəflər, həmçinin regiondakı vəziyyəti də müzakirə ediblər”, - deyə Ermənistan hökumətinin mətbuat xidmətinin bu gün yaydığı məlumatda bildirilir.*