Aprelin 15-dən tətbiq edilən kvotaya baxmayaraq, cari marketin ilində (iyul 2021-ci il - iyun 2022-ci il) taxıl ekvivalentində taxıl və un ixracı əvvəlki səviyyədə qalacaq. Bu barədə “İnterfaks- Qazaxıstan”a Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
“2022-ci ildə ənənəvi satış bazarlarının və Qazaxıstan taxılının Orta Asiya və Əfqanısytana ixrac həcminin qorunması gözlənilir. Həmçinin, Çin, Cənubi Qafqaz (Azərbaycan, Gürcüstan), Pakistan, Türkiyə və İrana ixrac həcminin artırılması, o cümlədən, Aİ bazarlarının açılması üzrə iş aparılır”, - nazirlikdən bildiriblər. **