“SAP Azərbaycan” şirkəti Svetlana Yankianın idarəedici direktor təyin olunması barədə elan edib.
“O, yeni vəzifəsində Azərbaycanda biznesin inkişafı və genişlənməsinə cavabdeh olacaq”, - “İnterfaks-Azərbaycan”a şirkətdən məlumat verilib.
Yankina 2013-cü ilin yanvar ayında SAP-ın MDB-də tərəfdaşlarla iş üzrə menecer vəzifsində SAP-a qoşulub və bir sıra tərəfdaşlarla işi uğurla əlaqələndirib. 2014-cü ildə 5 dövləıtdə tərəfdaşlıq ekosistemini sıfırdan təşil edib – onun sayəsində Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistanda ilk PartnerEdge müqavilələri, o cümlədən, həmin ölkələrdə SAP-ın bir sıra sazişləri baölanıb.
2015-ci ildən SOCAR ilə iş üzrə Global Account Director vəzifəsini tutub.
“SAP uzun illərdir ki, Azərbaycanda dövlət və özəl sektorla əməkdaşlıq edir, İT ekosistemini inkişaf etdirir, həmçinin ölkənin ixtisaslı kadr ehtiyatının inkişafına sərmayə qoyur. Əminəm ki, Yankinanın təcrübəsi və səriştələri daha da çox şirkətə qabaqcıl rəqəmsal həllərin köməyi ilə biznesin səmərəliliyini artırmağa və SAP-ın Azərbaycandakı mövqeyini gücləndirməyə kömək edəcək”,- SAP-ın MDB-də tərəfdaşlar və sürətlə inkişaf edən şirkətlər üzrə idarəedici direktoru Aleksandr Meteçko bildirib.
SAP, ilk növbədə iri korporativ sifarişçilər üçün nəzərdə tutulmuş korporatif sinifə aid müxtəlif proqramların tərtibatçısıdır. **