2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda 202 milyon manat məbləğində tikinti materialları istehsal edilib ki, bu da 2021-ci ilin göstəricisindən 83,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 705,6 min ton sement (artım 12,2%) istehsal edilib.
6.3 min ton (artım 45,5%) tikinti gipsi, 20,9 min ton (artım 3%) sementdən tikinti blokları və kərpicləri, 615,9 min ton (artım 36,2%) hazır beton qarışığı, 6,6 min ton (azalma 25,8%) tikinti əhəngi, 188,1 min kubmetr (artım 72,6%) tikinti kərpici, 4,033 min ton (artım 5,8%) emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatlar, 9,6 min kubmetr (azalma 15,8%) betondan yığma tikinti konstruksiyaları, 13,3 min ton (artım 2 dəfə) asfalt istehsal edilib.
Xəbər verildlyi kimi, hazırda Azərbaycan hökuməti Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı bərpa layihələri həyata keçirir. Bu işlər tikinti materiallarının istehsal həcminin artmasına təkan verir.**
B.Rüstəmbəyov