2022-ci ilin birinci rübündə “Kapital Bank” ASC aktivlərini 3,4% - 6 milyard 934,685 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 mart 2022-ci il tarixinə bankın kredit portfeli 2 milyard 903,539 milyon manata (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 9,5% - İF) bərabərdir. Hesabat dövründə “Kapital Bank”ın istehlak kreditləşməsi üzrə portfeli 7% - 1 milyard 714,853 milyon manata qədər, biznes kreditləri üzrə portfeli 14,2% - 867,018 milyon manata qədər artıb.
Bankın öhdəlikləri 6 milyard 387,081 milyon manat (artım 5,4%) təşkil edir.
“Kapital Bank”ın depozit portfeli 5 milyard 476,77 milyon manata (artım 5,5%), o cümlədən fiziki şəxslərin əmanətləri 1 milyard 655,331 milyon manata (artım 42,1%) bərabərdir.
Bankın kapitalı 547,604 milyon manat (azalma 15,5%), nizamnamə kapitalı 245,85 milyon manat (dəyişməyib) təşkil edir.
2022-ci ilin birinci rübünün yekunları üzrə “Kapital Bank”ın xalis mənfəəti 50 milyon 405 manat (2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə azalma 9,2%) təşkil edib.
“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və hazırda aparıcı bankların üçlüyünə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,8755%) və fiziki şəxslərdir (0,1245%).**
X.Nəsirzadə