Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Hişam Mohamed Nağı Abdel Həmidin etimadnaməsini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
O cümlədən, Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanda yeni təyin olunmuş səfiri Məhəmməd Əl Bluşinin və Kuba Respublikasının ölkəmizdə yeni səfiri Karlos Enrike Valdes de la Konsepsyonun etimadnamələrini qəbul edib. **
B.Rüstəmbəyov