2022-ci ilin yanvar-mart aylarında Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 1 ton 880 kq 474,692 qr narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Narkomanlığa vəNarkotikVasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrəDövlət Komissiyasından məlumat verilib.
Komissiyanın məlumatına görə, qanunsuz dövriyyədən götürülmüş narkotiklərin dəyəri 69 milyon 778 min AZN ($41 milyon) kimi qiymətləndirilir. **
R.Əhmədov