SOCAR 2022-ci ilin yanvar-mart aylarında 1 milyon 930,062 min ton neft hasil edib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə şirkətin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, 2021-ci ilin birinci rübündə şirkət tərəfindən 1 milyon 924,675 min ton neft hasil edilib. Beləliklə, 2022-ci ilin yanvar-mart aylarında neft hasilatı 0,3% artıb.
2022-ci ilin birinci rübündə SOCAR tərəfindən qaz hasilatı 1 milyard 917,971 milyon kubmetr (artım 0,07%) təşkil edib.
Bununla yanaşı, 2021-ci ilin IV rübündə şirkət tərəfindən 2 milyon 326,411 min ton neft və 1 milyard 983,82 milyon kubmetr qaz hasil edilib.
SOCAR 2021-ci ildə 7 milyon 892,079 min ton neft (artım 6,5%) və 7 milyard 857,594 milyon kubmetr qaz (artım 7%) hasil edib. **
N.Abbasova