RF prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla təhlükəsizlik, həmçinin Qarabağda təhlükəsizlik məsələlərini müzakirə etmək niyyətində olduğunu qeyd edib və bildirib ki, demək olar ki, hər həftə Ermənistan hökumətinin rəhbəri ilə telefonla danışır.
“Əlbəttə ki, təhlükəsizlik məsələləri, o cümlədən, Qarabağla əlaqədar təhlükəsizlik məsələləri diqqət mərkəzində olacaq. Problemlərin əksəriyyəti qalmaqdadır, sizinlə razıyam”, - Putin ermənistanlı baş nazir ilə danışıqların əvvəlində deyib.
“Biz sizinlə daimi təmasdayıq, hər həftə və ya dəqiq, hər on gündən bir telefonla danışırıq”, - prezident qeyd edib. **