RF prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məqsədilə qarşılıqlı fəaliyyəti aktivləşdirməyə dair razılığa gəliblər.
Putin və Paşinyanın Moskvada danışıqlarının nəticələrinə dair qəbul olunan birgə bəyanatda müvafiq bəndlər öz əksini tapıb.
Həmçinin, tərəflər “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına yardım məqsədilə Ermənistan, Rusiya və Azərbaycanın üçtərəfli qarşılıqlı fəaliyyətinin aktivləşməsinə dair razılığa gəlibər”.
Bəyanatda qeyd olunur ki, Putin və Paşinyan “tərəflərin sorğusuna əsasən, RF-nin konsultativ yardımı ilə Ermənistan-Azərbaycan sərhədi rayonunda delimitasiya və təhlükəsizlik məsələləri üzrə ikitərəfli komissiyanın yaradılmasını sürətləndirməyə” dair razılığa gəliblər. **